Bakı Taxıl Terminalı MMC
|
Tilda Publishing
Şirkət haqqında
Bakı Taxıl Terminalı MMC, 2006-cı ildə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsində yaradılan birgə Azərbaycan-Qazaxıstan müəssisəsidir.

Bakı Taxıl Terminalı, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı ərazisindədir.

Terminalda ümumi tutumu 15 min ton olan taxılın müvəqqəti saxlanması üçün 5 silos vardır.

Yükboşaltma məntəqəsi üçün terminalın texnoloji xətlərinin istehsal gücü saatda 250 – 300 ton taxıldır ki, bu da dəniz gəmilərindən qəbul etmək və dəmir yolu vaqonlarına göndərmək, o cümlədən avtomobil və dəmir yolu nəqliyyatından və gəmilərdən dəniz gəmilərinə gündə 1,5 min tona qədər taxıl qəbul etmək mümkünlüyünü təmin edir.

Terminala gündə 150 ton un istehsal edən bir dəyirman kompleksi daxildir. Dəyirman avadanlığı Dünya lideri olan Buhlerdir (İsveçrə) şirkətinə məxsusdu. Terminal və dəyirman bütün texnoloji dövr üçün göstərilən xidmətlərin yüksək keyfiyyətini təmin edən avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmişdir.

Bundan əlavə, terminal sifarişçinin öz xammalından hazırlanan taxılın emalı üzrə xidmətlər göstərir.
Müraciət üçün anket
Əlaqə məlumatlarını doldurun və biz tezliklə sizinlə əlaqə saxlayacağıq
Tilda Publishing
Bizim tərəfdaşlarımız