Son xəbərlər

Kənd təsərrüfatı məhsullarının daşınması zamanı əməkdaşlıq perspektivləri

Kənd təsərrüfatı məhsullarının daşınması zamanı əməkdaşlıq perspektivləri
10 iyun 2021-ci il tarixində "Bakı taxıl terminalı" MMC-nin ofisində AzRusTrans Nəqliyyat-ekspeditor şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir və həmin görüşdə yaxın dövr üçün əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
AzRusTrans şirkəti "Bakı taxıl terminalı" MMC-ni prioritet müştəri kimi nəzərdən keçirir və əməkdaşlıq zamanı Qazaxıstan Respublikası və Rusiya Federasiyasından Azərbaycana kənd təsərrüfatı məhsullarının daşınması və üçüncü ölkələrə tranzit zamanı ən çevik tarifləri tətbiq etməyə hazır olduğunu bildirib.
AzRusTrans şirkəti "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans"QSC-nin birgə müəssisəsidir. Şirkətin yaradılmasında əsas məqsəd - Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payının artırılmasıdır. Şirkətin mülkiyyətində 300-dən çox vaqon var ki, bu da öz tərəfdaşları üçün taxıl bitkilərinin operativ çatdırılmasını həyata keçirməyə imkan verir.