Son xəbərlər

Azərbaycan-Qazaxıstan, əməkdaşlığın yeni üfüqləri

"Azərbaycan-Qazaxıstan, əməkdaşlığın yeni üfüqləri". Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tədbir
3 mart 2021-ci ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində hər iki ölkənin dövlət sektoru, işgüzar dairələri və milli şirkətləri nümayəndələrinin dostluq görüşü keçirilmiş, Qazaxıstanın və Azərbaycanın müasir iqtisadi prioritetləri, iki dost dövlət arasında ticarət-iqtisadi, investisiya, enerji və nəqliyyat-logistika əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir. Görüşün əsas şüarı isə "Azərbaycan-Qazaxıstan, əməkdaşlığın yeni üfüqləri" idi.

Görüşdə "Bakı taxıl terminalı" MMC - nin İdarə Heyəti sədrinin müavini İdrisov Saqat çıxış edərək kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti sahəsində əməkdaşlığın perspektivlərini səsləndirmiş, Qazaxıstan ərzaq buğdasının Azərbaycan Respublikasına ixracının artırılacağına və Qazaxıstanın bu məsələ ilə bağlı əvvəlki lider mövqelərinə qaytarılacağına ümidvar olduğunu bildirmişdir. Məruzədə həmçinin yüksək keyfiyyətli Qazaxıstan buğdasından "Bakı taxıl terminalı" MMC-də istehsal olunan "Bayterek" brendinin un satışının artırılmasının zəruriliyi məsələsinə də toxunulmuşdur.

Tədbirin sonunda ənənəvi Qazax qonaqlıqları olan furşet təşkil olunub.